Azrail’in Gözyaşları (Azerice) / Əzrayılın Gözyaşları
Nəhayət, toz-duman çəkilməyə başlayanda beton piltələr arasında anasının əlini gördü. Tez qaçıb anasının əlini tutdu. Cudi hələ də qucağında idi. Anasını səslədi, ancaq cavab gəlmədi. Kiçik bədəndən qopan haray qoca şəhərin hər tərəfinə yayıldı. Göy üzü qaranlığa qərq olmuşdu. Afranın tutduğu əl bədənindən ayrılmışdı- vücudun başqa orqanları kimi... Başı, qolları, ayaqları parça-parça olub, betonların altında qalmışdı. Ana, ana!- deyə bağırdı. Ağlamaqdan səsi batdı. Böyük bir çarəsizliyin aguşuna düşmüşdü. Bacısına elə möhkəm sarılmışdı ki. Cudi artıq susmuşdu; nə ağlayır, nə də qışqırırdı. Afra dağılmış evin betonlarının arasında tutduğu əlin hərarətini hələ də bütün vücuduyla hiss edərək, titrək dizlərinin üzərinə yıxıldı. Sanki özünü ölümün qollarına təslim etmişdi. Göz çeşməsi qurusa da, bir-iki damla gözyaşı sanki Allaha yalvarırmış kimi axdı gözlərindən. Yorğun, yuxusuz və ac vücudu daha dayana bilmədi, yavaş- yavaş gözləri yumuldu.
Yayın Tarihi: 2020
ISBN: 978-605-70074-8-3
Baskı Sayısı: 1
Sayfa Sayısı: 74
Cilt Tipi: Karton Kapak
Kağıt Cinsi: Kitap Kağıdı
Ebat: 13,5x19,5 cm